Fakültədə tədris sadəcə əyani formada aparılır. Tədris dili, əsasən, Azərbaycan dilidir. 2024-2025-ci tədris ilindən etibarən Kimya müəllimliyi ixtisasında ingilis dilində də tədris aparılmağa başlanmışdır. Hazırda fakültədə 8 bakalavr, 1-ci kursda 11, 2-ci kursda 9 magistr ixtisası üzrə ümumilikdə 1017 tələbə təhsil alır. Onlardan 897 nəfər bakalavriatura və 120 nəfər isə magistratura pilləsində təhsil alır. Həmçinin Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Azad Həmkarlar Təşkilatı fəaliyyət göstərir.
Fakültədə aşağıdakı ixtisas kafedraları fəaliyyət göstərir:
1. Biologiya kafedrası
2. Fizika kafedrası
3. Kimya kafedrası
4. Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrası
Ali təhsilin bakalavriat səviyyəsi üzrə kadr hazırlanan ixtisaslar:
Kimya müəllimliyi (azərbaycan və ingilis dili bölməsi), Kimya, Biologiya müəllimliyi, Biologiya, Kimya və biologiya müəllimliyi, Fizika müəllimliyi, Fizika, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlanan ixtisaslar və ixtisaslaşmalar:
7001001 – Pedaqogika ixtisası
- Biologiyanın tədrisi
- Kimyanın tədrisi
- Fizikanın tədrisi
7005005 – Fizika
- İstilik fizikası və molekulyar fizika
- Tətbiqi fizika
7005008 – Kimya
- Üzvi kimya
- Neft kimyası
- Fiziki kimya
7005001 – Biologiya
- Mikrobiologiya