SDU-da Magistratura, doktorantura və elm şöbəsinin təlimləri davam edir
Sumqayıt Dövlət Universiteti beynəlxalq və regional reytinqlərdə yüksək nəticələr əldə etməsinin əsas amillərindən biri də alimlərimizin elmmetrik göstəricilərinin mütəmadi olaraq artmasıdır. SDU-nun professor-müəllim heyətinin “Elsevier” şirkətinin “Scopus” və “Clarivate” şirkətinin “Web of Science” beynəlxalq elmmetrik və elmi istinad bazalarında aktivliyini təmin etmək, yeni dövrün elmi nəticələri ilə tanış olmaq, eləcə də beynəlxalq aləmdə elmi fəaliyyətlərini inkişaf etdirmək, akademik məhsuldarlığını artırmaq məqsədilə keçirilən silsilə təlim və tədbirlərin təşkil olunması universitetimizdə davam edir. Bu istiqamətdə mart və aprel aylarında universitetin Davamlı İnkişaf Mərkəzində Magistratura, doktorantura və elm şöbəsinin təşkilatçılığı ilə “Scopus və Web of Science beynəlxalq elmi-istinad bazalarında araşdırma imkanları və mükəmməl istifadə bacarıqları ” mövzusunda Riyaziyyat, Təbiət elmləri və Mühəndislik fəkültələrinin əməkdaşları üçün 3 gün davam edən təlimlər keçirilmişdir. Təlimlərdə universitet alimlərinin elmi tədqiqatlarına uyğun yüksək impakt-faktorlu jurnalların seçilməsi, mövcud jurnalların dəyərləndirilməsi, məqalələrin beynəlxalq tələblərə uyğun hazırlanması, onların elmi jurnallara təqdim olunması, elmi etika qaydalarına riayət olunması və s. bu kimi mövzular müzakirə olunmuş, yaranan suallar cavablandırılmışdır.
Yaxın zamanda sözügedən tədbirlərin Tarix və cografiya, İqtisadiyyat və idarəetmə və Filologiya fakültələrinin əməkdaşlarının iştirakı ilə keçirilməsi planlaşdırılır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)