SDU-da fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi DİM tərəfindən təltif olunub
Aprelin 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Abituriyent Məsləhət Mərkəzlərinin bir qrup nümayəndəsi ilə görüş təşkil olunub. Görüş zamanı Sumqayıt Dövlət Universitetində (SDU) fəaliyyət göstərən DİM-in Abituriyent Məsləhət Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Mərkəz abituriyentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması və imtahan iştirakçılarının müraciətlərinin operativ və səmərəli həlli istiqamətindəki fəaliyyətinə görə sertifikatla təltif olunub. Qeyd olunan sertifikat SDU-nun Tədris Metodiki Mərkəzinin aparıcı mütəxəssisi, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Lətifə Mirzəliyevaya təqdim edilib. Təltif DİM-in departament müdiri Nigar Didavari Hüseynova tərəfindən həyata keçirilib.
.jpeg)
.jpeg)